Sadə xəbər
Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti Moskva vaxtı ilə yanvarın 1-də səhər saat 8:00-da (Bakı vaxtı ilə 09:00-da) dayandırılıb.
Oxu.Az bu barədə lenta.ru-ya istinadən xəbər verir.
Məlumata görə, "Qazprom" və "Naftoqaz" arasında 30 dekabr 2019-cu ildə imzalanmış beşillik müqavilənin müddəti başa çatıb.
Ukrayna hakimiyyəti müqavilənin uzadılmasını planlaşdırmadığını bildirmişdi. Beləliklə, Rusiya qazının Avropa ölkələrinə tranziti üçün yeganə marşrut "Balkan axını" ola bilər.