Manşet
Xəbər verdiyimiz kimi, bu gün Bakıda üç polis və bir mülki şəxs öldürülüb.
"Saat24.az" Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi öldürülən polis əməkdaşlarının adlarını açıqlayıb.
Onlar polis kapitanı Məmmədov Eldəniz, polis serjantı Ağayev Mahir və polis serjantı Heydərov Mirəlidir.
Qeyd edək ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.