Qəzəbi necə idarə edə bilərik?

Manşet
CƏMİYYƏT 21.06.2024 3035

"Qəzəbi idarə etməyi öyrənmək başqaları ilə sağlam münasibətlər qurmaq və saxlamaq üçün vacibdir".

"Saat24.az" xəbər verir ki,  bunu rusiyalı psixoloq Yekaterina Bulqakova yerli mətbuata açıqlamasında deyib. 

Onun sözlərinə görə, qəzəb təbii hissdir:

"Qəzəbi dərk edin və onu boğmaqdansa, onu idarə etməyə çalışın. Reaksiya vermədən əvvəl dayanın, dərindən nəfəs alın, 10-a qədər sayın və bu reaksiyanın nəticələrini düşünün. İstirahət üsullarından istifadə edin. Dərin nəfəs, meditasiya və yoqa sizi sakitləşdirməyə və qəzəblə mübarizə aparmağa kömək edə bilər.  Fiziki fəaliyyətə daha çox vaxt ayırın: idman və qaçış yığılmış mənfi enerjini azad etməyə və stress səviyyəsini azaltmağa kömək edəcək. Alkoqol pis köməkçidir”, - Bulqakova bildirib.

Psixoloq öz hissləriniz və emosiyalarınız haqqında “qəzəb obyekti” ilə danışmağı tövsiyə edib. 

"Bəzən sizi qıcıqlandıran şeyi sakitcə ifadə etmək və müzakirə etmək qəzəbinizi idarə etmək deməkdir. Həmçinin, qıcıqlanma və ya qəzəbi ifadə etmək üçün “müsbət” yollar tapmağa cəhd edə bilərsiniz: bu, yazı, rəsm və ya musiqi ola bilər", - deyə ekspert yekunlaşdırıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top