"Zibillikdən butulka yığanlar da vergi ödəməlidir" - Ekspert

Manşet
İQTİSADİYYAT 08.06.2024 2796
"Zibil qablarından butulkaları yığıb, təmizləyib və aparıb lazımı yerlərə təhvil verirlərsə, bu, artıq bir növ sahibkarlıq fəaliyyəti hesab olunur”.

"Saat24.az" bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Ekspert bu məsələdə vergi tətbiqinin mümkünlüyünü qeyd edib.

X.Kərimli hesab edir ki, bu məsələdə iki məqama diqqət yetirmək lazımdır:

”Biri zibillikdən ərzaq yığırsa, buna maddi yardımın istehlakçısı kimi baxılır və vergidən azaddır. Amma kimsə zibillikdən butulka yığırsa və onu satırsa, bu, sahibkarlıq fəaliyyətidir. Bu məsələdə vergi ödənməlidir. Bu proses həmişə olub”.


Ekspert Almaiyada bundan iki məqsədlə istifadə edildiyini xatırladıb:

"Biri küçələrin təmizlənməsi, ikincisi də yenidən emal edilməsi”.

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top