Vulkana görə insanlar təxliyə edildi

Sadə xəbər
DÜNYA 04.06.2024 2935

Filippində Kanlaon vulkanının püskürməsi səbəbindən 30-a yaxın daxili reys təxirə salınıb.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, vulkanın yaxınlığında yaşayan sakinlərin də məcburi təxliyyəsinə başlanılıb.

Vulkan Neqros adasında yerləşir. Filippinin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, Kanlaon kül, qaz və qaya sütununu beş kilometr hündürlüyə atıb.

Yerli sakinlərin qeyd etdiyi kimi, vulkanın kraterində təxminən bir-iki dəqiqə davam edən yanğın baş verib. Bildirək ki, Filippin Sakit okeanın seysmik cəhətdən aktiv “Alov halqası”nda yerləşir. Dünyadakı vulkanların yarıdan çoxu bu yerdə yerləşir. Kanlaon arxipelaqdakı 24 aktiv vulkandan biridir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top