![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/6/4/1/2612a9aa-d2ae-4ccb-a774-4a98c6e7e8a5/1709121644prezident1jpg.jpg)
Bu dəqiqələrdə Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” sərgilərinin açılışında iştirak edir.
“Saat24.az” xəbər verir ki, bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb.