İstanbul Boğazı 176 metrlik gəmiyə görə bağlandı

Sadə xəbər
CƏMİYYƏT 31.05.2024 2110

İistanbul Boğazında bir gəminin texniki nasazlığı səbəbindən hər iki istiqamətdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Boğazın Beşiktaş səmtində 176 metr uzunluğundakı "Cornelia" adlı gəmidə nasazlıq yaranıb. Gəminin xilas edilməsi üçün Sahil Təhlükəsizliyi Baş İdarəsinin gəmisi və “Kurtarma-9” yedək gəmisi dərhal hadisə yerinə yönəldilib.

Bildirilib ki, gəminin mühərrikini yenidən işə salmaq mümkün olub. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top