Milli Məclisin nümayəndələri Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edib -Foto

Manşet
SİYASƏT 25.05.2024 2612
Saat24.Az xəbər verir ki, Millət vəkili Jalə Əliyeva bu barədə rəsmi Fecebuk səhifəsində paylaşım edib.
Paylaşımı olduğu kimi sizə təqdim edirik.

MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman, İqtisadiyyat və maliyyə, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi və Hüquqi məsələlər üzrə daimi  komissiyalarının iclaslarında iştirak etmək üçün mayın 21-də Milli Məclisin bu qurumdakı nümayəndələri olan deputat həmkarlarımızla birlikdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər etdik. 

Səfərin ilk günü Azərbaycan Respublikası  Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasındakı nümayəndəliyində olduq. Sonra Ulu Öndər Heydər Əliyevin büstünü, Nizami Gəncəvi monumental  abidəsini ziyarət etdik. 

Daha sonra üzv olduğumuz müvafiq komissiya iclaslarında iştirak etdik. 
Komissiya iclaslarında müvafiq olaraq “Rəqəmsal media resursları mühitində elektron kommunikasiya haqqında”, “Strateji planlaşdırma haqqında”, “Standartlaşdırma haqqında”, “Paytaxtların, dövlət əhəmiyyətli şəhərlərin və region mərkəzlərinin statusu haqqında ”, “Dövlət kadastr qiymətləndirməsi haqqında” və digər model qanun layihələri müzakirə edildi, üzv ölkələrin, o cümlədən Azərbaycanın bu sahədəki təcrübəsi paylaşıldı, bir sıra təşkilati məsələlərə baxıldı. İclasda çıxış edərək, ölkəmizin müzakirə olunan məsələlərlə bağlı mövqeyini bildirdik, ölkədə həmin sahələrlə bağlı həyata keçirilən fəaliyyət və təcrübədən danışdıq. 
 
Səfər proqramına "MDB ölkələrində Prezident Hakimiyyəti İnstitutu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans da daxil idi. Həmin konfransda da iştirak edərək, ölkəmizin dövlətçilik prinsipləri və sadiq olduğu dəyərlər haqqında fikir mübadiləsi etdik.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top