"Azərbaycan prezidenti Putinin təklifi ilə razılaşdı, lakin..." - Zaxarova

SİYASƏT 23.05.2024 2392

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın iddialarına cavab verib. 

"Saat24.az" xəbər verir ki, bu barədə diplomat "Paşinyan 2020-ci il müharibəsində Ermənistana yardımın “imitasiyası”ndan danışarkən hansı ölkələri nəzərdə tuturdu?" sualına cavabında bildirib.

"2020-ci ilin payızında münaqişə başlayandan bəri Rusiya Ermənistanın özünü tərk edilmiş və unudulmuş hiss etməməsi üçün müharibəni dayandırmaq üçün hər şeyi edib. Xatırladım ki, Putinlə Əliyev və Paşinyan arasında çoxlu telefon danışıqları o vaxt olub. Hələ oktyabrda atəşkəs ehtimalı var idi, Azərbaycan prezidenti Putinin təklifi ilə razılaşdı, lakin Ermənistanın baş naziri hərbi əməliyyatları davam etdirməyə üstünlük verdi. Bunun nəyə gətirib çıxardığını hamı bilir", - deyə o qeyd edib. 

XƏBƏR LENTİ
17.06.2024 2874

DİGƏR XƏBƏRLƏR

Loading
Top