Mingəçevirdə 2 nəfər kütləvi dava zamanı bıçaqlandı

Sadə xəbər
Kriminal 11.05.2024 3491

Mingəçevirdə bir neçə şəxsin iştirakı ilə dava olub, iki nəfər bıçaqlanıb.

"Saat24.az"ın məlumatına görə, hadisə şəhərin Gəncə şossesinə çıxış istiqamətində baş verib. Mübahisə zəminində bəçaqlanan 1985-ci il təvəllüdlü Nəsirov Namiq Elman oğlu və 1980-cı il təvəllüdlü İsmayılov Faiq Yusif oğlu təcili  xəstəxanaya çatdırılıblar. Faiq İsmayılov mübahisə edən tərəfləri sakitləşdirməyə çalışarkən bıçaqlanıb.

Hadisənin səbəbləri hələlik tam məlum deyil. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlərlə bağlı ekspertiza təyin olunub, əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top