BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ilə görüş keçirilib -Foto

SİYASƏT 01.05.2024 2101
Aprelin 30-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin  üzvləri  BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ilə görüşüblər. 

Azərbaycanda ana və uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə qonağa  geniş məlumat verilib, uşaqlara diqqət və qayğının  hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğu vurğulanıb. Bildirilib ki, bu gün ölkəmizdə uşaq və yeniyetmələrlə bağlı yürüdülən məqsədyönlü siyasət dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Söhbət zamanı, ölkəmizdə ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, qadın və uşaqlar üçün əlverişli şəraitin yaradılması, onların hüquqlarının müdafiəsinin hüquqi aspektlərindən söz açılıb, Milli Məclisin bu sahədə yeni normativ hüquqi aktların layihələrinin hazırlanması, həmçinin mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirtdiyi fəaliyyət haqqında təfsilatlı məlumat verilib. 

Səmimi qəbula görə təşəkkürünü bildirən BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ölkəmizdə ailə, qadın və uşaqların hüquqlarının qorunması sahəsində aparılan dövlət siyasətini müsbət dəyərləndirib, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş əhəmiyyətli uğurları qeyd edib. Təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirdiyi bir sıra mühüm layihələr barədə məlumat verən qonaq bildirib ki, hazırda qurum keçmiş məcburi köçkünlərin öz yurdlarına geri qayıdışı zamanı onların təhlükəsiz şəraitdə yaşaması üçün əhali arasında minalarla bağlı geniş maarifləndirmə işi həyata keçirir.

Görüşdə komitə sədri Hicran Hüseynova, komitənin sədr müavini Jalə Əliyeva, üzvləri Sədaqət Vəliyeva, Nigar Arpadarai və digər rəsmi şəxslər iştirak ediblər.

Görüş zamanı qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub, birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
XƏBƏR LENTİ
17.06.2024 2874

DİGƏR XƏBƏRLƏR

Loading
Top