Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib-Foto

SİYASƏT 24.04.2024 2766
Aprel ayının 23-də Milli Məclisdə Azərbaycan-Əlcəzair Parlamentlərarası dostluq qrupu üzvlərinin Azərbaycanda səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası  Milli Xalq Assambleyası Milli Müdafiə Komissiyasının sədri, Əlcəzair-Azərbaycan  dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə iştirak və çıxış edən Azərbaycan-Fransa Parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Jalə Əliyeva qonaqları salamlayaraq, iki ölkə arasındakı münasibətlərin tarixindən bəhs edib. Jalə Əliyeva, bildirib ki, bizi birləşdirən bir çox cəhətlər var. Ölkələrimizi mədəni, dini aspektlər, tarixi ənənələr, sahib olduğumuz ailə dəyərləri və bir çox milli-mənəvi bənzərliklər biraraya gətirməkdədir. Jalə Əliyeva daha sonra qeyd edib ki, Əlcəzair uzun illər Fransanın müstəmləkə siyasətindən, xarici təzyiqlərdən əziyyət çəkib. Azərbaycan da uzun illər - tam 32 il erməni işğalı altında yaşayıb. Jalə Əliyeva bildirib ki, "Azərbaycan sürükləndiyi  32 illik haqsız müharibədən sonra öz torpaqlarını son qarışına  qədər düşmən tapdağından azad etdi, bütün ərazilərində müstəqilliyini və suverenliyini elan etdi.
Bir zamanlar Əlcəzairi işğal edənlər-konkret olaraq Fransa dövləti bu gün Azərbaycana da dil uzadır, ölkəmizin və ümumilikdə bölgənin sabitliyinə təhlükə yaradır. Əlbəttə Prezident  İlham Əliyev özünün və xalqın qətiyyətli mövqeyini, dəmir iradəsini dəfələrlə açıqlayıb və heç bir xarici  təzyiqin, xarici müdaxilənin Azərbaycanı öz haqlı mövqeyindən geri çəkilməyə məcbur edə bilməyəcəyini, bölgədə və bütün dünyada sülhün tərəfdarı olduğunu bəyan edib." Azərbaycan və Əlcəzair arasında mövcud olan münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyindən söz edən Jalə Əliyeva, hər iki ölkənin üzv olduqları beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq eyni mövqedən çıxış etməsinin zəruriliyini vurğulayıb.
XƏBƏR LENTİ
04.05.2024 3035

DİGƏR XƏBƏRLƏR

Loading
Top