“Zərifə xanım Əliyeva ölkəmizdə tibb sahəsinə mühüm töhfələr verib“ - MÜNASİBƏT BİLDİRİLDİ

SİYASƏT 15.04.2024 1940

“Bu gün Azərbaycan xalqının ləyaqətli qadın nümayəndəsi, XX əsr Azərbaycan ictimai, tibb həyatına öz möhürünü vuran Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanım Əliyeva doğulduğu Əziz Əliyevin ailəsinə, daha sonra ömür-gün yoldaşı olduğu Ulu Öndər Heydər Əliyevə və Azərbaycana bəxş etmiş olduğu böyük oğul cənab Prezident İlham Əliyevə hər bir zaman layiq olmuşdur. Zərifə Əliyeva adını Azərbaycan tarixinə böyük hərflərlə yazdırmağı bacaran bir Azərbaycan xanımı idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Deputat bildirib ki, Zərifə xanım Əliyeva ölkəmizdə tibb sahəsinə mühüm töhfələr verib, oftalmologiyanın inkişafında xüsusi rol oynayıb: “Dahi şəxsiyyət Zərifə Əliyeva oftalmologiyanı Azərbaycanla yanaşı, xaricdə də tanıtdırmışdır. Zərifə xanım Əliyevanın peşə xəstəliklərinin müalicəsinə ayırdığı diqqəti isə xüsusilə qeyd etmək lazımdır. Zərifə Əliyevanın tibb sahəsində gördüyü işlərin təsir dairəsi olduqca çoxşaxəli və geniş idi.

Zərifə Əliyevanın taleyinə çox xoşbəxt bir ana və ömür-gün yoldaşı olmaq qisməti düşüb. Zərifə xanım Əliyevanın hər xanıma nəsib olmayan bir alın yazısı var. Bütün bu missiyaları daşımaq və hər bir zaman özü deyil, xalqı üçün yaşayan insanların əhatəsində olmağın nə qədər çətin olduğunu hər birimiz çox yaxşı dərk edirik. Akademik Zərifə Əliyeva əsl Azərbaycan xanımı idi. Allah qəni-qəni rəhmət etsin. Nur içində yatsın”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top