Ermənistanın sərhəddə qoşun yığmaqda məqsədi nədir? - AÇIQLAMA

SİYASƏT 01.04.2024 3660

"Ermənistanın Azərbaycanla şərti dövlət sərhəddinə silah, texnika, zirehli vasitələr və şəxsi heyət toplaması birmənalı olaraq gələcək mümkün təxribatlardan xəbər verir".

Bunu "Saat24.az"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, bu, Azərbaycan və Ermənistan arasında formalaşmaqda olan kövrək sülhə ciddi mənfi təsir göstərəcək:

"Bu fəaliyyətlər qətiyyən Ermənistanın dövlət maraqlarına uyğun gəlmir. Əksinə, indiyə qədər baş verən təxribatlar zamanı Ermənistan kifayət qədər ciddi və sarsıdıcı zərbələr alıb. Ermənistanın bu təxribatlar fonunda aprelin 1-dən mayın 28-dək genişmiqyaslı hərbi toplanışlar keçirməsi, beş min nəfərədək ehtiyatda olan hərbçini ordu sıralarına çağırması və çağırılanlar arasında mühəndis, kəşfiyyat, artilleriya üzrə mütəxəssislərin üstünlük təşkil etməsi növbəti təxribatların ola biləcəyi ehtimalını irəli sürməyə imkan verir".

Ekspert qeyd edib ki, Ermənistan təxribatlar zamanı iki əsas məqsəd güdür: "Avropa İttifaqı və Qərbin maraqlarına uyğun olaraq Rusiya hərbi bazasını, sərhədçilərini ərazisindən çıxarmaq üçün Azərbaycanla təxribatlara başlamaq, sonra isə həm Azərbaycanı, həm də Rusiyanı bu təxribatlarda günahlandıraraq Avropadan daha çox silah-sursat, maliyyə vəsaiti əldə etməkdir. Həmçinin, bu addımlar Qərbi öz ərazisində təhlükəsizlik məqsədi ilə qoşunlar yerləşdirməyə istiqamətləndirmək məqsədi daşıyır".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top