Sadə xəbər
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-İsrail münasibətlərindən danışarkən deyib ki, Birləşmiş Ştatlarda demokratlara səs verən yəhudilər əslində dinləri ilə yanaşı İsrailə də nifrət edirlər.
"Saat24.az" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Keçmiş ABŞ prezidenti hazırkı Amerika lideri Co Bayden tərəfindən dəstəklənən Senatda çoxluq lideri Çak Şumerin İsrailin baş naziri Benyamin Netanyahuya qarşı son tənqidlərini şərh edərkən "Demokratlara səs verən hər bir yəhudi öz dininə nifrət edir... Onlar İsraillə bağlı hər şeyə nifrət edir və özlərindən utanmalıdırlar. Çünki İsrail məhv ediləcək deyib.
Daha əvvəl NBC televiziyası mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza zolağında döyüş taktikasını dəyişməyə razı sala bilmir və hökumət başçısının hərəkətlərindən narazılığını ifadə edərək onu münaqişənin həllinə əsas maneə adlandırıb. Eyni zamanda, NBC mənbələri Baydenin ABŞ-ın yəhudi dövlətinə qarşı kursunu kökündən dəyişməyə hələ hazır olmadığını iddia edir. Prezident və onun köməkçiləri İsrailə davamlı dəstəyin düzgün iş olduğuna inanmaqda davam edirlər.