Ermənistan XİN-dən sərhədlərin demarkasiyası ilə bağlı AÇIQLAMA

Manşet
SİYASƏT 14.03.2024 3040

Nikol Paşinyan Ermənistan və Gürcüstan arasında dövlətlərarası sərhədin demarkasiyası prosesini başa çatdırmaq üçün əməli addımların atılması ilə bağlı razılığa gəldiklərini açıqlayıb. 

"Saat24.az" xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatına görə, razılıq baş nazirin yanvar ayında Gürcüstan Respublikasına səfəri zamanı əldə olunub. 

Artıq bu barədə müvafiq idarələrə göstəriş verildiyi deyilir: "Ermənistan və Gürcüstan arasında dövlət sərhədinin demarkasiyası prosesi 1995-ci ildə Ermənistan və Gürcüstanın hökumətlərarası nümayəndə heyətləri dövlət sərhədinin demarkasiyası və delimitasiyası üzrə komissiyaların yaradılması barədə razılığa gəldikdən sonra başlayıb.

Ermənistan və Gürcüstanın yüksək rütbəli nümayəndələrinin son təmasları zamanı formalaşmış ümumi təsəvvürdən başqa, Ermənistan və Gürcüstan arasında dövlətlərarası sərhədin demarkasiyası işlərini aktivləşdirmək lazımdır.

Gürcüstan tərəfi ilə birgə işin bərpası üçün son tarixlər müzakirə olunur və komissiyaların işi barədə məlumat vaxtında təqdim olunacaq". 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top