Xədicə İsmayıl polisə çağırıldı

Sadə xəbər
CƏMİYYƏT 14.03.2024 2324

Jurnalist Xədicə İsmayıl istintaqa çağırılıb.

"Saat24.az" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Xədicə İsmayıl qeyd edib ki, bu gün saat 15:00 üçün onu ifadə verməyə dəvət ediblər.

Qeyd edək ki, martın 6-da Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Nəticədə TV-nin bir neçə əməkdaşı saxlanılıb və onların barəsində cinayət işi açılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top