"Heydər Əliyev irsi" kitabının təqdimatı keçirilib-Foto

Sadə xəbər
SİYASƏT 04.03.2024 1596
Saat24.Az xəbər verir ki, bu sözləri millət vəkili Jalə Əliyeva rəsmi Fecebuk səhifəsində paylaşım edib.
Paylaşımı olduğu kimi sizə təqdim edirik.


Dünən "Modern İnkişaf və Ailə" İctimai Birliyinin təşkilatçılığı ilə "Heydər Əliyev irsi, qadın siyasəti" mövzusunda konfrans və "Heydər Əliyev irsi" kitabının təqdimatı keçirilib. 

 Konfransda "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva, 
Milli Elimlər Akademiyasının vitse-prezident  İradə Hüseynova, Milli Məclisin Ailə Qadın, Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Ailə Qadın, Uşaq Problemləri Komitəsinin sədr müvaini Jalə Əliyeva, millət vəkili Məlahət İbrahimqızı, Bakı Dövlət Universitetinin professoru Rəbiyyət Aslanova, "Dayaq" Təşkilatının sədri Qalib Əliyev, "Müasir İnternet Resurslarının İnkişafi" İctimai Birliyinin sədri Zamin Zeynal və başqaları  çıxış edərək Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında yazılan bütün əsərlərin gənc nəsilə təqdim edilməli və bu cür böyük şəxsiyyətin ömür yolunun daim təbliğ edilməli olduğunu bildiriblər. Natiqlər onu da xüsusi olaraq qeyd ediblər ki, dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətlərinin də bu kimi təşəbbüslərlə çıxış etməsi, dövlət - QHT münasiblərinin daha da inkişafi fonunda  kitabların yazılması, tədbirlərin keçirilməsi İctimai-siyasi dəstək təşəbbüsü kimi xüsusi əhəmiyyətə malikdir. 

Sonda incəsənət ustalarının ifasında milli, vətənpərvər ruhda mahnılar səsləndirilib.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top