Azad edilən ərazilərdəki bir sıra tarixi abidələr qorunacaq

Manşet
CƏMİYYƏT 15.02.2024 2944

Azad edilən ərazilərdəki bir sıra tarixi abidələr qorunacaq.

"Saat24.az" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclasında qərar qəbul edilib.

Ölkə üzrə tarix, memarlıq və dekorativ tətbiqi sənət əlaməti daşıyan 95 obyekt daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün müvafiq addımların atılması məqsədilə şura üzvlərinin müzakirəsinə təqdim olunur.

Şura üzvlərinin yekdil qərarı ilə öncə, Dövlət Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan monitorinq və inventarlaşma işləri nəticəsində aşkar olunmuş obyektlər müzakirə olunub.

Şura üzvləri tərəfindən Ağdam rayonunun Əlimədətli, Boyəhmədli, Qızıl Kəngərli, Eyvazxanbəyli kəndlərində yerləşən türbələrin, Kəngərli kəndində yerləşən körpünün, Şahbulaq, Abdal və Gülablı kəndlərində yerləşən məscidlərin, Ağdam şəhəri və Gülablı kəndində yerləşən hamamların dövlət mühafizəsinə götürülməsi üçün müvafiq addımların atılması məqsədəuyğun hesab edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top