Məşhur iş adamını öldürüb yandırdılar - FOTOLAR

Kriminal 08.02.2024 2961

Yunanıstanın aparıcı iş adamlarından olan Hristos Gialiasın yanmış meyiti Qərbi Attika bölgəsində tapılıb.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, futbol klubları ilə əlaqəsi olan Gialiasın öldürüldükdən sonra avtomobilində yandırıldığı müəyyən edilib.

Belə ki, Attika bölgəsində polis qrupları atəş səsləri xəbəri üzərinə əraziyə gedib. Onlar yanmış avtomobilin içindən iş adamının meyitini çıxarıblar. Hadisə yerinə FHN və  təcili tibbi yardım briqadası cəlb olunub. Yanmış meyit ekspertizaya göndərilib. 

Məlum olub ki, naməlum şəxslər iş adamını "Kalaşnikov"la öldürüb,  daha sonra avtomobili yandıraraq hadisə yerindən qaçıblar. 

Əvvəllər narkotik və silah alverinə görə məhkum olunmuş Gialiasın həyat yoldaşı da 2018-ci ildə güllələnərək öldürülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top