![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/11/23/1/244601bc-235a-4cbb-9fe6-96827f1d7bd8/173234585717323444073049121598_1200x630.jpg)
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 22-də ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə, həmçinin 3 min 100 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Saat24.az"a bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.