"Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi ola bilməz" - Gela Vasadze

Manşet
SİYASƏT 30.01.2024 2503

"Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərində heç vaxt vasitəçi olmayıb və ola da bilməz".

"Saat24.az" xəbər verir ki, bunu gürcü politoloq Gela Vasadze deyib. 

Onun sözlərinə görə, bunun üçün adekvat resurslar yoxdur: "Lakin Gürcüstan ən çox qonşular arasında sabit sülhün və işgüzar münasibətlərin qurulmasında maraqlıdır, çünki bu, regionun inkişafına əlavə təkan verəcək. Biz danışıqlar yeri ola bilərik". 

Siyasətçi qeyd edib ki, Rusiya Federasiyası Cənubi Qafqazda kifayət qədər nüfuzlu oyunçu olaraq qalır: "Rusiya Ermənistanda çox ciddi təsir gücünə malikdir. Bundan əlavə, Rusiya Federasiyasının Ermənistanda bir çox əsas infrastruktur obyektləri var: dəmir yolu, enerji sektoru. Başqa sözlə, İrəvan Moskvanın mövqeyini diqqətdən kənarda qoya bilməyəcək". 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top