Demokratik Birlik Partiyasının (DBP) BƏYANATı

Manşet
SİYASƏT 20.01.2024 4104
Fransa Senatının 2024-cü il yanvarın 17-də Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli, birtərəfli, islamofob qətnaməsi onsuz da Paris və Bakı arasında olan soyuq münasibəti daha da gərginləşdirmişdir.

Bunun əsas səbəbi isə Parisin 44 günlük müharibədən sonra Azərbaycan - Ermənistan arasında yaranmış yeni siyasi reallıqla barışmaq istəməməsidir.Fransa hökuməti hesab edir ki, Azərbaycanın öz tarixi ərazisinin bir hissəsi olan keçmiş ”Dağlıq Qarabağa“ nəzarət etməsi qəbuledilməzdir. Eyni zamanda düşünürlər ki, 2023-cü ilin sentyabr ayında bir günlük anti-terror tədbirlərindən sonra, Xankəndi şəhərindən könüllü olaraq köçmüş erməni əhalisinin dövlət statusuna yaxın özünüidarəetməsi forması olmalıdır.

Avropa İttifaqı, o cümlədən, artıq tarixə qovuşmuş, Minsk Qrupunun keçmiş həmsədrləri -ABŞ və Rusiya faktiki olaraq, regionda yaranmış yeni siyasi reallığı qəbul ediblər. Bu siyasi reallıq, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünün və suverenliyinin qəbul edilməsidir. Yeni siyasi reallıqla bağlı, Vaşinqtonun və Moskvanın mövqeyində də müəyyən qeyri-ardıcıllıqlar hiss olunsa da, Fransanın Azərbaycana qarşı tamamilə fərqli, açıq-aşkar, qərəzli və düşmənçilik mövqeyi davamlı və sistemli olub. Bu kontekstdə Fransa Baş Assambleyasının aşağı palatası və Senat ”Dağlıq Qarabağın“ müstəqilliyinin tanınması haqqında qətnamə qəbul edərək, Makron hökumətini bu qətnaməni dəstəkləməyə çağırıb. Qeyd edək ki, 2024-cü ildə də Fransanın ölkəmizə qarşı düşmənçilik mövqeyi davam edib.Fransa Senatı Ermənistanı dəstəkləyən və Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnamə qəbul edib.

Görəsən, daim “Erməni mədəni irsi”nə görə dərin narahatlıq hissi keçirən Fransa Senatı, son 30 ildə erməni əsarətində qalan ”Dağlıq Qarabağda“ erməni vandalizmi tərəfindən vəhşicəsinə dağıdılan və yandırılan evlərin, yerlə yeksan edilən Azərbaycan toponim yer adlarının silindiyindən bir dəfə də olsa narahat olublarmı ?

Görəsən, Fransa Senatı Qarabağ ermənilərinin geriyə qayıdışını tələb etməklə yanaşı, qarşılıqlı olaraq son iki yüz ildə erməni daşnakları tərəfindən öz vətənlərindən, yurd-yuvalarından, ata-baba torpaqlarından qovulmuş bir milyona yaxın insanın-Qərbi azərbaycanlıların da öz doğma yurdlarına-Ermənistana qaytarılması haqqında düşünürlərmi? Yoxsa bu zavallı insanların taleyi bunları maraqlandırmır?

Demokratik Birlik Partiyasının (DBP) rəhbərliyi daim demokratiya və insan haqqlarından danışan Fransa Senatının son illərdə Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələrini qətiyyətlə pisləyir, dövlətimizin yanında olduğumuzu bildiririk.

Mirfazil Həmid,
Demokratik Birlik Partiyasının (DBP) sədri.
Bakı şəhəri:
19.01.2024-cü il.


 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top