Yeni təhlükəli virus - at ensefalitinə yoluxma qeydə alınıb

Sadə xəbər
DÜNYA 29.12.2023 1961

Argentinada qərb at ensefalitinə (WEE) yoluxma halı aşkar edilib.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 

Bildirilir ki,  Santa Fe əyalətindən olan fermer bu virusa yoluxub. Noyabrın ortalarında xəstədə baş ağrısı, miyalji, başgicəllənmə, çaşqınlıq və qəfil hərarət kimi simptomlar inkişaf edib. Xəstə reanimasiya tələb edən tibb müəssisəsinə aparılıb və 12 gün süni nəfəs aparatına qoşulub. Xəstə dekabrın 20-də evə buraxılıb və ambulator müşahidə altındadır.

Qərb at ensefaliti atlar və insanlara təsir edən nadir ağcaqanad yoluxucu xəstəlikdir. İnsanlarda WEE subklinik və ya yüngül simptomlardan tutmuş aseptik meningit və ensefalitin ağır formalarına qədər müxtəlif xəstəliklərə səbəb ola bilər.Əvvəllər WEE Argentinada 1982-1983-cü illərdə, atlar arasında xəstəliyin baş verib. Və 1996-cı ildə ilk insan bu virusa yoluxub.  

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top