Sadə xəbər
Ukrayna Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnı yeni əks-hücum planlaşdırır.
"Saat24.az" xəbər verir ki, bu barədə Almaniyanın "Welt" nəşri məlumat yayıb.
Məlumata görə, Ukrayna 2024-cü ildə yeni əməliyyatlar üçün resursları artıracaq: "Tərəfdaşlar tərəfindən Ukraynaya veriləcəyi vəd edilən bir çox zirehli texnika hələ də istifadə olunmayıb. Avadanlıqların bir hissəsi ümumiyyətlə Ukraynaya çatmayıb. Xüsusilə, söhbət “Leopard 1” tanklarından gedir".
Qeyd olunub ki, Ukraynanın böyük planları var: "Bunu Ukrayna rəhbərliyinin ABŞ-yə təhvil verdiyi silahların siyahısı sübut edir".