Sadə xəbər
BMT-nin baş katibi Antonio Quterreş Fələstin-İsrail münaqişəsində ölənlərin sayının "heyrətləndirici və qəbuledilməz" olduğunu bildirib.
"Saat24.az" xəbər verir ki, o, müharibənin dayandırımlaı olduğunu deyib.
"Dayanmalıdır. Mən təcili humanitar atəşkəs çağırışımı bir daha təkrarlayıram”, - baş katib bəyanatda bildirib.
“Qəzza zolağında iki məktəbin vurulması məni çox sarsıtdı. "Onlarla insan, çoxlu qadın və uşaq BMT binasına sığınmağa cəhd edərkən həlak olub və yaralanıb", - Quterreş əlavə edib.
Baş katib həmçinin Qətər hakimiyyətinə vasitəçilik səylərinə görə təşəkkür edib.