Sadə xəbər
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə ilə bağlı gəmilərə xəbərdarlıq edir.
"Saat24.az" xəbər verir ki, Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.
Məlumata əsasən, bu gündən başlayacaq şimal-qərb küləyi noyabrın 11-nə kimi davam edəcək.
Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə arabir 33 m/s-dək günlənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü: 3.0-4.0 m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır.