Fransa Ukraynaya daha 200 milyon avro verdi

DÜNYA 08.11.2023 2006

Paris Kiyevə fransız silahlarını almağa davam etmək üçün Ukraynaya dəstək fonduna daha 200 milyon avro ayıracaq.

"Saat24.az" "France-Presse"yə istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib. 

O, ölkə parlamentinin deputatları qarşısında çıxışında deyib ki, onlar komitə daxilində Ukraynaya dəstək fondu üçün yeni 200 milyon avro ayrılmasına imkan verən düzəlişi təsdiqləyiblər.

Nazirin sözlərinə görə, Fransa hökuməti bu məbləğdə kredit ayıracaq və bu, Ukrayna ordusuna Fransa silah və sursatlarını almağa imkan verəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top