Millət vəkili Jalə Əliyeva önəmli məsələlərə toxunub - Foto

Sadə xəbər
SİYASƏT 07.11.2023 1857
Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsəkələri komitəsinin sədr müavini Jalə Əliyevanın bu gün Milli Məclisdə Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və təbii ehtiyatlar, Energetika və ekologiya komitələrinin 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndirdiyi təkliflər:

Müzakirələrimiz Zəfər günlərimizə təsadüf edir. Bütün Zəfərlərimiz münasibətilə başda Müzəffər Ali Baş Komandan, Xilaskar Prezident cənab İlham Əliyev olmaqla hər birinizi təbrik edirəm.
Biz artıq dörd  ildir ki, Qalib Azərbaycanın zəfər büdcəsini müzakirə edirik. Bu ilki büdcə zərfini isə ötən 3 ildən fərqləndirən cəhət, onun bütöv Azərbaycanın büdcəsi- Xankəndili, Xocalılı Zəfər büdcəsi olmasıdır.

Burada səsləndi. Bu ilki büdcənin 70%-i sosial yönümlüdür. Bu isə ölkəmizdə Prezident İlham Əliyev tərəfindən irəli sürülən insan amili, insan kapitalı siyasətinin uğuru kimi dəyərləndirilməlidir.

Mən bu layihəyə birmənalı olaraq səs verəcəyimi bildirməklə bərabər bəzi  mülahizələrimi, xahiş və təkliflərimizi səsləndirmək istəyirəm.

İlk növbədə belə deyək ki, həyat qaynağı olan su haqqında danışmaq istəyirəm. Ümumiyyətlə bu problem demək olar ki, bütün deputatların, xüsusilə Aran zonalarını təmsil edən deputatların, həmçinin mənim də çıxışlarımızda mütəmadi yer alır. Əkin sahələrinin vaxtında suvarılması məhsuldarlığın artması və kəndlinin həyat şəraitinin yaxşılaşması deməkdir. Əkinini suvara bilməyən kəndli ailəsini dolandırmaq üçün iş yeri axtarmağa başlayır. Kənd yerlərində işlə təminin nə qədər çətin olduğunu isə hər birimiz bilirik. 

Ona görə də su probleminin müəyyən ölçüdə həll edilməsi özlüyündə bir çox problemləri həll etmiş olar. Bu problemlərin rayonların daxili imkanlarıyla və ya rayonlardakı su təsərrüfatı şöbələrinin imkanlarıyla aradan qaldırılması mümkün deyil. Ölkədə həm təsərrüfat sularının, həm də içməli su qıtlığının  aradan qaldırılması üçün böyük layihələrin hazırlandığı məlumdur. Lakin həmin layihələr reallaşana qədər büdcədən bu sahəyə, xüsusilə Aran zonalarına  cari maliyə vəsaitinin ayrılmasına və tədbirlər
 görülməsinə ehtiyac var. 

Söhbət su probleminin yaratdığı maneələrlə bərabər, həm də işsizlikdən düşmüşkən bir məsələyə də toxummaq istəyirəm. Biz bu fikrimizi ötən gün sosial komitənin iclasında da bildirdik. Rayonlarda iş yerlərinin açılmasına ehtiyac var. Hər bir rayonun iqtisadi, coğrafi, sosial özəllikləri, spesifikası nəzərə alınaraq, hər bir rayon üçün xüsusi iqtisadi proqramlar hazırlanması və bu proqramlarda həmin rayonların kənd təsərrüfatı istehsal sahələri nəzərə alınaraq müəssisələrin açılması vacibdir. Bu həm də regionların daha mükəmməl və sürətli inkişafına səbəb ola bilər.

Digər tərəfdən, rayonlarda dövlət qurumlarının regionlaşdırılması səbəbiylə atrıq yerli səviyyədə, icra hakimiyətləri tərəfindın iş təmini imkanları sıfıra enib. Bu da müəyyın çətinliklər yaradır. Bu amilin də nəzərə alınmasını xahiş edirik.

Mən bir neçə kəlmə ilə gənclər və idman sahəsi ilə bağlı fikirlərimi biıdirmək istəyirəm. Yeniyetmə və gənclərin idman hazırlığının gücləndirilməsi ölkəmizdə prioritet təşkil edir. Bu sahəyə dövlət böyük diqqət ayırır. Lakin bununla belə hələ də rayonlarda təmirsiz, bərbad vəziyyətdə olan stadionlar var. Məsələn, mənim deputatı olduğum Zərdab rayonunda  mərkəzi stadion son dəfə bundan 18 il əvvəl bizim təşəbbüsümüz və iştirakımızla cari təmir edilmişdir. Uzun illərdən bəri həmin stadionun əsaslı təmiri maliyə çatışmazlığı səbəbiylə növbə gözləyir.  Rayon gənclərinin idmana olan böyük həvəsi və vətəndaşların davamlı tələbləri rayon icra hakimiyəti tərəfindən nəzərə alınaraq, vəziyyətdın çıxış yolu kimi, ötən il rayonda daxili imkanlarla mini futbol meydançası inşa edildi. Lakin bu dəfə də həmin meydançanın yaşıl örtüyünün əldə edilməsinə köməklik göstərmələri üçün Gənclər və İdman Nazirliyinə etdiyimiz müraciət yenə maliyə vəsaitinin çatışmaması ucbatından müsbət həllini tapmadı. Ona görə də, bu kimi hətta ən elementar məsələlərin belə həllində çətinliklərin yaranmaması üçün bu sahəyə məqsədli vəsaitlərin ayrılması məqsədəuyğun olardı.

Eynu zamanda hörmətli maliyə nazirimiz bu sahədə təmir bərpa işlərinə 11 milyon vəsait ayrılacağını bildirdi. Təmir və bərpa ediləcək İdman kompleksləri və stadionların siyahısına deputatı olduğum Zərdab rayonunda bir az əvvəl qeyd etdiyim kimi, 18 ildir növbəsini gözləyən  Şəhər Mərkəzi Stadionunun da daxil edilməsini xahiş edirik"
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top