Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

Sadə xəbər
Səhiyyə 26.10.2023 1880

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

"Saat24.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, müddət 2024-cü il yanvarın 2-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl bu müddət 2023-cü il oktyabrın 2-dək olan dövrü əhatə edib.

XƏBƏR LENTİ
05.05.2025 2967

DİGƏR XƏBƏRLƏR

Loading
Top