İtaliyanın Baş naziri sevgilisindən ayrıldı

DÜNYA 21.10.2023 1904

İtaliyanın Baş naziri Corciya Meloni tərəfdaşı, sevgilisi - jurnalist Andrea Cambrunodan ayrılıb. 

"Saat24.az" xəbər verir ki, bu barədə Meloni sosial şəbəkədə yazıb. 

"Andrea Cambruno ilə təxminən 10 il davam edən münasibətim sona çatır", - deyə o yazıb.

Cütlüyün 7 yaşlı qızı var.

Qeyd edək ki, qərar Cambruno ilə bağlı daha bir qalmaqal fonunda verilib. Belə ki, o, qadın həmkarına qarşı təhqiramiz ifadələr və əxlaqsız təkliflər səsləndirib. Cambrunonun yayılan səsyazması ölkədə ciddi qalmaqala səbəb olub. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top