Bu insanlar yaşadıqlarımızın canlı şahidləridirlər-Jalə Əliyeva

Sadə xəbər
SİYASƏT 20.10.2023 1829

“Ötən günlərdə dövlət başçısı İlham Əliyev Füzuli Şəhəri Günündə Füzuliyə növbəti səfərini etdi. Uzun illər işğal altında qalmış torpaqlarımızda bir daha yenidənqurma işləri ilə yaxından tanış oldu. Eyni zamanda doğma yurdlarına qayıdan füzulilərlə də görüş keçirildi. Onların sevincləri, ifadə etdikləri fikirlər keçdiyimiz 30 illik tarixin əhəmiyyətli bir parçasıdır. Bu insanlar yaşadıqlarımızın canlı şahidləridirlər və baş verənləri onların dilindən eşitmək mühüm idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, dövlət başçısının görüş zamanı etdiyi çıxış isə bir daha Azərbaycan dövlətinin gücünü və sarsılmaz qüdrətini ortaya qoydu: “Dövlət başçısının vurğuladığı kimi hər zaman əhəmiyyətli günlərdə Ulu Öndərlə birgə xalqın yanında olduqlarını vurğuladı. Bu günlərdə xalq olaraq 100 illik yubileyini böyük bir sevinclə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin arzuları həyata keçir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top