Sadə xəbər
İslami Müqavimət Hərəkatı ( Həmas ) ABŞ- ı İsraili himayə etməkdə ittiham edib və Qəzza zolağında xəstəxanaya endirilən zərbəyə görə Vaşinqtonun məsuliyyət daşıdığını deyib.
"Saat24.az" xəbər verir ki, bu barədə HƏMAS-ın Telegram kanalında məlumat yayılıb.
“Bu qətllər eyni yerdə xəstəxanaya, məscidə və kilsəyə hücum edən düşmən tərəfindən həyata keçirilir. Bu düşmənə sərhədsiz pərdə verən amerikalılar bu qırğınları törədirlər. Bu hərbi cinayətlərə, bu soyqırıma görə məsuliyyət onları Təhlükəsizlik Şurasında ört-basdır edən və bu işğalı və bu təcavüzü pisləməkdən imtina edənlərin üzərinə düşür”, - HƏMAS rəhbərliyinin bəyanatında deyilir.
Bundan əvvəl Fələstin Səhiyyə Nazirliyi xəstəxanaya edilən hücumda 500 nəfərin öldüyünü bildirmişdi .