Sadə xəbər
"Cənab Prezident haqsız rəqabətin bizim üçün böyük yara olduğunu xüsusi qeyd etmiş və bununla mübarizə aparılması barədə tapşırıqlarını verib. Sağlam rəqabət ölkənin iqtisadi inkişafını təmin edən əsas amillərdən biridir".
"Saat24.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, ədalətli rəqabətdə təkcə sahibkarlar, dövlət deyil, qiymətlərin aşağı düşməsindən, məhsul çeşidlərinin genişlənməsindən ən çox istehlakçılar, sadə vətəndaşlar qazanır.
"Rəqabətin qarşısında süni maneələrin olması bir qrup sahibkarın maraqlarına xidmət edir".