
Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 03 oktyabr 2023-cü il tarixində gün ərzində Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "Saat24.az"a "Azərsu" ASC-dən məlumat verilib.
"Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik", - məlumatda deyilir.