İnzibati rəhbər vəzifələr üzrə imtahan keçiriləcək

Sadə xəbər
CƏMİYYƏT 16.09.2023 2134

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.

DİM-dən "Saat24.az"a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında keçiriləcək imtahan saat 10:00-da başlanacaq. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Qeyd edək ki, imtahana qeydiyyat avqustun 17-dən sentyabrın 14-dək aparılıb və bu müddət ərzində 90 namizəd qeydiyyatdan keçib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top