Azərbaycanda ixtioz xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb

CƏMİYYƏT 15.09.2023 1088

Azərbaycanda bullyoz epidermolizdən və ixtioz xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb.

Saat24.az  xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ““2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamında qeyd edilib.

Bildirilib ki, respublikada bullyoz epidermolizdən və ixtioz xəstəliyindən əziyyət çəkən xəstələrin reyestri aparılmır. Bununla əlaqədar ehtimal olunur ki, bu xəstəliklər üzrə təqribən 500 pasiyent vardır ki, bunun da 300-350 nəfəri ixtioz xəstəliyindən, 150-200 nəfəri isə bullyoz epidermolizdən əziyyət çəkir.

Bu xəstəliklərdən əziyyət çəkən şəxslərin dəqiq statistikası aparılmadığına görə populyasiya arasında rastgəlmə tezliyinin dəqiqləşdirilməsinə, statistik məlumatların toplanılmasına, xəstəliklərin vaxtında aşkarlanmasına, qeydiyyatın aparılmasına, vahid elektron reyestrinin yaradılmasına, nozoloji müayinə və müalicələrin həyata keçirilməsinə ehtiyac var.

Ölkədə ixtioz və bullyoz epidermoliz xəstəliyi ilə bağlı aparılmış təhlillər göstərdi ki, yaradılacaq ixtisaslaşmış mərkəzlərdə xəstələrin sosial adaptasiyasını aparmaq mümkün olacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top