Putin Paşinyanın zənginə cavab verməyib

DÜNYA 15.09.2023 1828

Məlum olduğu kimi, sentyabrın 9-da Paşinyan ABŞ dövlət katibi, Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti və Gürcüstanın baş naziri ilə telefon danışığı aparıb.  Paşinyan Ərdoğanla telefon danışığından sonra, Rusiya Prezidenti Vladimir Putinə zəng edib, lakin Kremldə onun zənginə cavab verilməyib.

"Saat24.az" xəbər verir  ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb. 

"Bir neçə gün sonra Paşinyan qeyri-müəyyən şəkildə əmin etdi ki, o, Putinlə daimi təmasdadır. Putin həmçinin bildirib ki, Paşinyandan “həcmli məktub alıb”. Hökumətdəki mənbələrimizə görə, Paşinyan zəng edib, lakin Kremldə ona cavab verilməyib, bundan sonra o, Ladimir Ladimiroviçə geniş məktub göndərib və sonuncu bunu Vladivostok konfransında bildirib. Hakimiyyətə yaxın mənbə deyir ki, Nikol Paşinyan həmin məktubda Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb, onları Rusiyaya qarşı olmadıqlarına inandırıb. Və Paşinyanın ritorikasına nəzər salsaq, 9 sentyabrdan sonra o, Rusiya Federasiyası ilə bağlı mövqeyini yumşaltmağa çalışıb", - KİV-də qeyd olunub.

XƏBƏR LENTİ
15.07.2024 2539

DİGƏR XƏBƏRLƏR

Loading
Top