Sadə xəbər
Rusiya mövcud infrastrukturdan istifadə etməklə enerjinin Azərbaycan ərazisindən keçməklə Ermənistana, oradan da İrana ixracının mümkünlüyü barədə Tehran və Bakı ilə danışıqlar aparır.
Saat24.az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Rusiya Federasiyasının energetika naziri Nikolay Şulqinov deyib.
Onun sözlərinə görə, söhbət 300 MVt elektrik enerjisindən gedir: "Birinci mərhələdə biz Tehran və Bakı ilə razılaşırıq ki, mövcud infrastrukturdan yeni tikinti aparılmadan istifadə etsinlər".