Binəqədidə qaz kəsiləcək

CƏMİYYƏT 01.09.2023 1841

Bu gün Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Saat24.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayonu, A. Zeynallı küçəsində 3 ədəd siyirtmənin hündürlüyə qaldırılması və Füzuli küçəsində 1 ədəd siyirtmənin quraşdırılması ilə əlaqədar sentyabrın 1-də saat 10:00-da qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu, M. S. Ordubadi, M. Aslanov, M. Füzuli və A. Zeynallı küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

XƏBƏR LENTİ
15.07.2024 2543

DİGƏR XƏBƏRLƏR

Loading
Top