“Azərişıq” ASC Ağdamda yenidənqurma işlərini davam etdirir - VİDEO

Sadə xəbər
CƏMİYYƏT 29.08.2023 1523

Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC-nin əsas prioritetlərindən biri işğaldan azad olunmuş rayonlarımızda elektrik şəbəkələrinin tikintisi və yenidənqurma işləridir. Tapşırıqlara əsasən Ağdamda bu gün də işlər sürətlə davam etdirilir.

"Saat24.az" xəbər verir ki, şəhər mərkəzinin elektrik təchizatı üçün 35 kv-luq hər birinin gücü 4x2500 kVA olan iki ədəd transformator yarımstansiyasının tikintisi başa çatıb. Əlaqələndirici 35 kV-luq kabel xətlərinin çəkilişi üçün yolların şəhərsalma planına uyğun olaraq vahid səviyyəyə gətirilməsi gözlənilir. Ağdamın Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinə 35 kV-luq elektrik xətlərinin çəkilişi isə yaxın müddət ərzində başlanacaq.

 Qeyd edək ki, Ağdam şəhərində yeni Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməli qoyulub, tikintisinə başlanılıb. Elektrik şəbəkələrinin Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaq. Təlim-Tədris Mərkəzində isə yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiqi və istismarı qaydaları, peşə vərdişlərinin formalaşdırılması, real iş şəraitində təlim və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Cənab Prezident İlham Əliyevin iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə təməli qoyulan obyektlərdə işlərin gedişinə və elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlərə nəzarət daha da gücləndirilib.


XƏBƏR LENTİ
08.11.2024 2295

DİGƏR XƏBƏRLƏR

Loading
Top