Ağ Ev Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə silahından istifadə edəcəkləri ilə bağlı təhdidlərinə cavab verib.
“Saat24.az” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev Medvedevin Ukraynanın əks-hücumu olacağı təqdirdə Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ilə bağlı sözlərini ehtiyatsızlıq və məsuliyyətsizlik adlandırıb.
“Ukraynada və ya başqa yerdə nüvə silahının istifadəsi bütün dünya üçün fəlakətli olacaq və Rusiya üçün ciddi nəticələrə səbəb olacaq. Biz baş verənləri diqqətlə izləməyə davam edirik. Lakin hələlik öz nüvə mövqeyimizi tənzimləmək üçün heç bir səbəb görmürük, nə də Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığını göstərən əlamətlərlə də rastlaşmamışıq”, - ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.