Bugatti bahalı qol saatı istehsal etdi - FOTO

Sadə xəbər
DÜNYA 24.07.2023 2096

"Jacob&Co" saat evi Bugatti ilə birlikdə eksklüziv "Chiron Tourbillon Molsheim Edition" qol saatını istehsal edib.  

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, W16 mühərriki ilə təchiz edilmiş saatın qiyməti nə az, nə də çox,  düz bir milyon dollardır. 

Saatın xüsusi seriyası "Jacob & Co"nun baş qərargahının yerləşdiyi Fransanın Molsheim şəhərinə aiddir. Və məhsulun özü Bugatti Chiron hiperkarına həsr olunub. Saatın korpusu Fransa bayrağının şərəfinə mavi, ağ və qırmızı zolaqlarla - yüz yarım sapfir, eyni sayda yaqut və əlli brilyantla bəzədilib. "Chiron Tourbillon"un korpusu isə ağ qızıldan hazırlanıb.

Qeyd edək ki, Bugatti saatları 30 metr dərinliyə qədər suya davamlıdır.

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top