Tədbir çərçivəsində Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarları ziyarət etdik -Foto

CƏMİYYƏT 08.06.2023 2015
Saat24.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Elnur Allahverdiyev müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində növbəti tədbirimizi reallaşdırdıq. Dairəmizin ərazisində yerləşən Dövlət Akademik Milli Dram Teatrının binasında keçirilən tədbirdə YAP İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili həmkarlarım Ülvi Quliyev, Səbinə Xasayeva, Musa Qasımlı, ali məktəblərimizin rektorları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, ziyalılarımız, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. 
Tədbir çərçivəsində Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarları ziyarət edildi. Daha sonra Ulu öndərə həsr edilmiş sərgidə iştirak etdik. YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki unudulmaz xidmətləri mövzusunda çıxış etdi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ulu öndər barədə xatirələrini bölüşdü, Heydər Əliyevin Bakının tarixindəki rolundan, Azərbaycan paytaxtının müasir şəhər kimi formalaşması istiqamətində atdığı addımlardan danışdı.
Sonra partiya üzvlüyünə yeni qəbul olan fəallara üzvlük vəsiqələri təqdim edildi

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top