Bu yoldan istifadə etməyin - DYP-dən sürücülərə müraciət

Sadə xəbər
CƏMİYYƏT 08.06.2023 2697

Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin ikinci mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən "Saat24.az"a daxil olan müraciətdə deyilir:

"Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən "Əziz Şuşa Beynəlxalq Velosiped Turniri”nin birinci mərhələsi artıq geridə qalıb.

Bu gün yarışın ikinci mərhələsinə Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

Beynəlxalq tədbirlə əlaqədar sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top