Utilizasiyaya təqdim olunacaq avtomobillər necə qiymətləndiriləcək?

Sadə xəbər
CƏMİYYƏT 01.06.2023 2296

"Azərbaycanda tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılmasına ehtiyac var".

"Saat24.az" xəbər verir ki, bunu Milli Məclisdə komitə iclasında “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov deyib.

“Hazırda tullantıların idarə olunması il bağlı qanunvericilik keçid mərhələdədir. Müasir dövrün tələbləri və bu sahədə gedən proseslər özlüyündə tələb edir ki, sözügedən qanunvericiliyə yenidən baxaq. Sadəcə bu, bir qədər vaxt tələb edən prosesdir. Biz istəyirik ki, tullantılara artıq bir tullantı kimi yox, iqtisadi dövriyyəyə qaytarılmalı olan bir  xammal kimi baxıldığı yanaşmanı ortaya qoyaq. Ümumiyyətlə beynəlxalq təcrübədə gedən tendensiyalar da belədir”, - deyə M.Laçınov əlavə edib.

Müdir müavini utilizasiyaya təqdim olunacaq avtomobillərin qiymətləndirilməsi məsələsinə aydınlıq gətirib.

O bildirib ki, utilizasiyaya təqdim olunacaq bütün nəqliyyat vasitələri tullantı olduğuna görə, avtomobilin markasının nə olmasının qiymətləndirmədə heç bir əhəmiyyəti olmayacaq.

XƏBƏR LENTİ
07.10.2024 2017

DİGƏR XƏBƏRLƏR

Loading
Top