Məhkəmə ekspertlərinin attestasiyası ilə bağlı yeni qaydalar təsdiqlənib

CƏMİYYƏT 27.05.2023 2179

Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsinin yeni qaydaları təsdiq edilib.

"Saat24.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qaydalar məhkəmə ekspertizası idarələrinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisas dərəcəsinin verilməsi məsələlərini tənzimləyir.

“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq məhkəmə ekspertləri 5 (beş) ildə 1 (bir) dəfədən çox olmayaraq attestasiyadan keçirilirlər. 20 (iyirmi) ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxslər attestasiyadan azaddırlar.

Attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir. Məhkəmə-tibb ekspertlərinə ixtisas dərəcəsi onların praktik tibb və ya əczaçılıq fəaliyyəti üzrə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyası həyata keçirildikdən sonra verilir.

İxtisas dərəcəsinin verilməsində məqsəd ekspertin peşəkarlıq səviyyəsini təsdiq etmək və onu peşəkarlıq səviyyəsini artırmağa həvəsləndirməkdir.

Tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinin attestasiyası və onlara ixtisas dərəcəsinin verilməsi müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra – dövlət orqanları) yaratdığı ekspert-ixtisas komissiyaları (bundan sonra – komissiya) tərəfindən, özəl məhkəmə ekspertlərinin attestasiyası isə AzərbaycaRespublikası Ədliyyə Nazirliyinin yaratdığı komissiya tərəfindən keçirilir.

1.6. Komissiyanın formalaşdırılması, fəaliyyətinin təşkili qaydası, habelə üzvlərinin səlahiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası” ilə müəyyən olunur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top