Ermənistan 2 diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqlədi

Sadə xəbər
SİYASƏT 27.05.2023 2324

Ermənistanın Müdafiə Nazirliyi 2 diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqləyib.

"Saat24.az" xəbər verir ki, bir qədər əvvəl diversantların Azərbaycan ərazisinə keçdiyi təkzib edilirdi. Lakin Azərbaycan DSX-nin açıqlamasından sonra fakt etiraf edilib.

\Qeyd edək ki, ötən axşam bir qrup erməni diversantı Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib. Ordumuz tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib və iki diversant saxlanılıb.

DSX-dən APA-ya verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

XƏBƏR LENTİ
05.05.2025 2965

DİGƏR XƏBƏRLƏR

Loading
Top