İlham Əliyev Tokayevə zəng etdi

SİYASƏT 17.05.2023 337

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

"Saat24.az" xəbər verir ki, dövlətimizin başçısı Kasım-Jomart Tokayevi yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Qazaxıstanın inkişafı və firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti bu ilin aprelində Qazaxıstana səfərini məmnunluqla xatırlayaraq, göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib, səfərin uğurla nəticələndiyini və ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

XƏBƏR LENTİ
15.07.2024 2539

DİGƏR XƏBƏRLƏR

Loading
Top