“Qarabağımızın hər bir guşəsini yenidən cənət məkana çeviririk“ - DEPUTAT DANIŞDI

SİYASƏT 11.05.2023 1743

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama növbəti dəfə səfər etdilər. Bu səfəri digər səfərlərdən yadda qalan edən çox sayda açılış və təməlqoyma mərasimlərinin keçirilməsi oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bütün Qarabağ, eyni zamanda Ağdamda nəhəng quruculuq və inşaat işləri gedir: “Otuz ildən çox düşmən tapdağı altında qalmış Qarabağ torpağının hər qarışı böyük bir inşaat meydanını xatırladır. Biz Qarabağımızın hər bir guşəsini yenidən cənət məkana çeviririk.

Keçdiyimiz günlərdə də cənab Prezidentin iştirakı ilə Ağdamda Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində inzibati binanın və başqa tikililərin təməlatma mərasimi keçirilib. Bütün bunlar bölgələrə olan səfərlərin əhəmiyyətini birə beş artırır”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top